50-ci illərin əvvəllərində Nizami rayonunun Keşlə qəsəbəsində “Şanxay” adlı məhəllə salınıb.
Məhəllənin adının tarixçəsi var.
Belə ki, bu qəsəbədə Hacı Salman adlı kişi yaşayırmış. Bir dəfə o, Çinin Şanxay şəhərinə gedib. Kişi geri qayıdanda məhəllə sakinləri ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar.
Hacı Salman cavab verib: “Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da”.
Beləliklə, sakinlər yaşadıqları məhəlləyə “Şanxay” adı veriblər. O vaxtdan hamı buranı “Şanxay” kimi tanıyır.
Qeyd edək ki, artıq bu məhəllədə söküntü işləri başlayıb.
“Şanxay”dan fotoreportajı təqdim edirik:
/oxu.az