“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.
72-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.
Reytinq cədvəlinə Yaponiya və Sinqapur başçılıq edir. Bu ölkənin vətəndaşları vizasız 189 ölkəyə səfər edə bilər.
İkinci yerdə qərarlaşan Almaniya pasportu ilə isə 188 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.
Siyahıda ilk üçlüyü eyni vaxtda bir neçə ölkə tamamlayır. Bunlar Danimarka, Finlandiya, Fransa, İtaliya, İsveç və Cənubi Koreyadır. Həmin ölkələrin vətəndaşları vizasız 187 ölkəyə səyahət edə bilər.
Qonşu ölkələrdən 46-cı yerdə göstərilən Rusiya pasportu 118, 48-ci yerdə qərarlaşan Gürcüstan pasportu 112, Türkiyə pasportu isə (49-cu yer) 111 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır.
Ermənistan pasportu 76-cı yerdə (62 ölkə) qərarlaşıb.
/oxu.az