Sentyabrın 5-də paytaxtın bəzi hissələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində 7-ci və 8-ci mikrorayonlar, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.