Ərəb turistlər Bakıda bir daha qəribə hərəkətləri ilə diqqətləri üzərlərinə çəkib.
Median.Az xəbər verir ki, pintilikləri ilə ad çıxarmış ərəblər bu dəfə otelə avtomobilin baqajında gəliblər.
Bu barədə "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, dünən iki ərəb Qafqaz otelə gələn "Mercedes” markalı maşının baqajından düşüb:
"Otelin yanında bir "Mercedes” dayandı. Az qala yerlə süründüyünə görə diqqətimi çəkdi. Maşının içindən altı ərəb endi. Sonra sürücü baqajı açdı, oradan da daha iki ərəb çıxdı”.