Polisə sənəd təqdim etməyən sürücülər 30 sutka həbs oluna bilər (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |    

Polisə sənəd təqdim etməyən sürücülər 30 sutka həbs oluna bilər (VİDEO)

Son zamanlar bəzi sürücülər yol polisi onların avtomobillərini hər hansı qayda pozuntusuna görə saxladıqda sənədləri təqdim etmək istəmirlər. Onlar bunu polisdə olan avadanlıqlarla bütün sənədlərin qaydasında olub-olmadığını yoxlamağın mümkünlüyünü əsas gətirərək edirlər.

Yol polisinin rəsmisi isə polisə sənəd təqdim etməməyin qanunvericiliyə zidd olduğunu, bu hərəkətinə görə sürücünün inzibati həbs də edilə biləcəyinidə bildirir.

Yol polisi avtomobili saxlayır, amma sürücü sənədlərini təqdim etmir. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, son zamanlar belə sürücülərin sayında artım müşahidə edilir. Belə ki, sürücü ''get özün yoxla'' deməklə polisin işini çətinləşdirdiyini düşünür. Amma əslində bunu etmək qadağandır.

Vaqif Əsədovun sözlərinə görə, əslində yol polisi əlində olan avadanlıqlarla sürücünün sənədlərinin olub-olmadığına baxa bilər. Amma tələb edildiyi təqdirdə sənədlərin qəsdən təqdim edilməməsi polisə tabesizlik kimi qiymətləndirilə bilər ki, bunun da kifayət qədər ağır cəzası var.

Vaqif Əsədov onu da bildidir ki, hazırda da zərurət olduğu halda xüsusi avadanlıqlardan istifadə edilərək sürücünün sənədləri yoxlanılır. Əgər sürücünün kimliyini müəyyənləşdirmək mümkün olmursa, o, polis bölməsinə də aparıla bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 583 04.09.18 14:36