“TurStat” analitik agentliyi 2018-ci ilin ilk altı ayında Rusiyaya ən çox səfər edən ölkələrin siyahısını təqdim edib.
Azərbaycan 396 min nəfərlə bu siyahıda beşinci yeri tutub.
Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə göstəricilərdə 2 faiz azalma müşahidə edilib.
Reytinq əcnəbilərin Rusiyaya turizm səfərlərinin statistikası əsasında qurulub.
2018-ci ilin ilk yarısında Rusiyada turizm göstəriciləri Cənub-Şərqi Asiya ölkələri və 2018-ci il futbol üzrə dünya çempionatı hesabına artıb. Məlumatlara görə, 667 min nəfərlə Çin artım siyahısına rəhbərlik edir.
2018-ci ilin ilk altı ayında Rusiyaya sən çox səfər edən 10 ölkəni təqdim edirik:
Ukrayna, 3,730 min (-4%)
Qazaxıstan, 1,544 min (+1%)
Çin, 667 min (+21%),
Finlandiya, 461 min (-9%)
Azərbaycan, 396 min (-2%)
Polşa, 346 min (-9%)
Almaniya, 262 min (+10%),
Ermənistan, 260 min (-8%)
Moldova, 228 min (-7%)
Estoniya, 213 min (+15%)