Avtovağzallarda vətəndaşlardan bilet pulundan əlavə komisyon haqqı alınır - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |    

Avtovağzallarda vətəndaşlardan bilet pulundan əlavə komisyon haqqı alınır - SƏBƏB

"Bakıya avtobusla getmək üçün hər dəfə Mingəçevir Beynəlxalq Avtovağzalından bilet alıram. Biletin qiyməti 7 manat 40 qəpikdir, ancaq əlavə 60 qəpik də ödəməli olduğumu bildirirlər və buna görə mənə qəbz verirlər. Açığı, tam məlumatlı olmadığımdan bilet pulundan əlavə 60 qəpiyi niyə ödədiyimi bilmirəm. Avtovağzal işçiləri isə vətəndaşlara bunun qanunvericiliklə müəyyənləşdirilmiş bir ödəniş olduğunu deyirlər. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirin - sözügedən 60 qəpik nə üçün alınır, həqiqətən, ödəməliyikmi?".

Yeniavaz.com saytına müraciət edən vətəndaşlardan birinin verdiyi bu suala cavab almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq.

Xidmətinin mətbuat katibi Nuridə Allahyarova saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi: "Fotodan da göründüyü kimi, vətəndaşa satılan biletin üzərinə rəsmi möhürlü qəbz yapışdırılıb. Mövcud qanunvericiliyə əsasən, biletin əvvəlcədən nağd ödənişlə alınmasına görə komisyon haqqı tələb olunur. Bakıdan rayonlara gedərkən onlayn yolla alınan biletlərə görə komissiya haqqı tutulmur. Onlayn yolla hətta 10 gün əvvəldən də Bakıdan istənilən rayona avtobus bileti almaq olar. Vətəndaşın aldığı biletin üzərindəki qəbz rəsmi ödəmənin sübutudur. Rəsmi ödəmənin sübutunu təsdiq edən qəbzin verilməsi qanunsuz ola bilməz".

Nuridə Allahyarovanın sözlərinə görə, komisyon muzdu Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə müəyyən olunub: "Həmin qaydaların 6.28-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda biletlərin əvvəlcədən satışına görə sərnişinlərdən, o cümlədən güzəştli gediş hüququna malik olan şəxslərdən müəyyən edilmiş məbləğdə komisyon muzdu alınır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            10 331 01.09.18 17:21