Millimizin üzvü saçını xəstələrə hədiyyə etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |    

Millimizin üzvü saçını xəstələrə hədiyyə etdi - FOTO

Aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədova maraqlı addımı ilə yadda qalıb.

Xərçəng xəstəliyinin müalicəsi zamanı kimyaterapiyadan istifadə edildikdə xanımların saçı tökülür.

Azərbaycanda bir çox onkoloji qadın xəstə bu halla üzləşib. Məsələn, bunlardan biri İlqar Mikayıloğlunun həyat yoldaşı olan hüquqşünas Zülfiyyə Bayramovadır. Elə xanımlar var ki, onların əksəriyyətinin çox baha olan şinyondan istifadə etmək imkanı yoxdur.

Bir müddət öncə “Qarabağ”ın çılğın fanatı kimi tanıdığımız Sevinc Məmmədovanın təşəbbüsü ilə ölkəmizdə “Saçım saçın olsun” adlı layihəyə start verilib. Layihə çərçivəsində şinyon almaq imkanı olmayan onkoloji xəstələrə kömək göstərilir. Sevinc xanımın irəli sürdüyü bu təşəbbüsə qoşulan bir çox qadınlar öz saçlarını kəsdirərək, xəstələrə “Saçım saçın olsun” deyirlər.

Saçını xəstəlikdən əziyyət çəkən xanımlara bağışlayanlardan biri də Balaxanım Əhmədovadır. Atdığı anlamlı addımla bağlı saytımıza danışan aerobika üzrə milli komandamızın idmançısı imkanı olanları bu təşəbbüsə qoşulmağa çağırıb:

“Bu haqda mənə anam məlumat verdi. Ölkəmizdə belə bir layihənin həyata keçirildiyini söylədi. Mənim yaxınlarımın içərisindədə xərçəng xəstəliyindən əziyyət çəkən insanlar var. O hissləri çox yaxşı bilirəm.

Gözəl analarımıza, bacılarımıza, körpələrimizə kömək etmək imkanı yaxaladığım üçün çox sevincliyəm. İmkanı olan hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm. Gəlin, az da olsa, onlara yardım əlimizi uzadaq. Həyatlarına məna qataq”.

Əhmədova layihə haqqında da məlumat verib:

“İstəyi olan hər bir xanım otuz sm uzunluğunda saçını kəsdirərək, layihəyə dəstək verə bilər. Axı bilirik ki, hər kəsin şinyon almaq imkanı yoxdur. Təbii saçdan hazırlanan şinyonlar isə çox bahadır. Bu layihəni ölkəmizdə yayan Sevinc Məmmədovaya dərin təşəkkür edirəm”.


Qeyd edək ki, “Saçım saçın olsun” adlı layihə dünyanın bir çox ölkələrində həyata keçirilir.
///oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 037 29.08.18 13:22