Gəncədə “Bayram yarmarkası” təşkil olunub.
Qurban bayramı ilə əlaqədar təşkil olunan iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə baş tutub.
Heyvanların satışı Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə həyata keçirilib. “Bayram yarmarkası”nda satışa 300 dən çox xırdabuynuzlu heyvan çıxarılıb ki, onların da qiyməti 100-160 AZN arasında dəyişib.
Bu da hazırkı bazar qiymətindən 30-35 AZN aşağıdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nail Məmmədovun sözlərinə görə, qiymətlərin münasib olması əhalinin alıcılıq qabiliyyətinə də müsbət təsir göstərib. “Xırdabuynuzlu heyvanların satışi bugünlə bərabər, sabah da davam etdiriləcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.//yeniavaz.com