Azərbaycanda avqustun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22°, gündüz 27-32° isti təşkil edəcək.
Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı gözlənilir.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.