"Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur, ibadətlərini gözəl həyata keçirirlər".
Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədeyib. O bildirib ki, ötən illərə nisbətən bu ilki zəvvarlar daha sağlamdırlar: "Yəni xəstələr çox azdır, demək olar ki, yoxdur. Arzu edirəm ki, bizim hacılarımız da sağ-salamat qayıtsınlar".
Şeyxin sözlərinə görə, qurban bayramı namazında dünyada müharibələrin olmaması, Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad olunması üçün, vətən torpağını qoruyanlar, dünyadan gedənlər üçün, bu məsciddə namaz qılan alim-üləmalar üçün dualar edilib: "Bundan əlavə həm də ümumilli lider Heydər Əliyevi yada saldıq. Bu gün Əbülfəz Elçibəyin vəfatı günüdür. Allah-təala ona da rəhmət etsin, biz onu da yad etdik. Biz bütün Azərbaycan, Azərbaycan xalqı və vətən üçün dualar etdik. İnşallah Allah bizim dualarımızı qəbul edəcək".