Lənkəranda dəniz sahilində mina aşkarlanıb.
Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildiriblər.
Məlumata görə, avqustun 20-də Agentliyə Lənkəran rayonu, dəniz sahili ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Aparılan araşdırma nəticəsində ərazidə 1 ədəd tank əleyhinə mina (TM-62P3) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.