"ASAN xidmət" "Əsgərə Məktub" layihəsi çərçivəsində Dövlət Sərhəd Xidməti ilə birgə - Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə yüksək hərbi intizamına görə fərqlənən əsgərləri ailələri ilə görüşdürüb.
Median.Az xəbər verir ki, Azərbaycan Sərhəd Mühadizəsinin 99-cu ildönümü ərəfəsində keçirilən bu tipli tədbirlərdə maraqlı anlar yaşanıb.
"Əsgərə Məktub" layihəsində hərbçilərin anaları məktub yazaraq hərbi xidmətdə olan övladlarına göndəriblər. Məktubun cavabı isə çox maraqlı olub. Məktubun cavabında valideynlərə sürpriz edilib. Cavab məktubu əvəzinə onlara övladlarını gətiriblər.
Baku.ws "Əsgərə Məktub" layihəsindən çəkilən maraqlı kadrları təqdim edir: