Bu il Azərbaycanın ümumtəhsil məktəblərində dərslər sentyabr ayının 15-də başlamayacaq.
Median.Az Report-a istinadən bildirir ki, buna səbəb sentyabrın 15-nin şənbə gününə təsadüf etməsidir.
Şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.