"Pis-pis saytların hamısını bağlamaq lazımdır" - Deputat » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |    

"Pis-pis saytların hamısını bağlamaq lazımdır" - Deputat

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputat Rauf Əliyev ötən gündən etibarən Azərbaycanda bəzi porno saytlara girişin məhdudlaşdırılmasına münasibət bildirib.

Median.Az
xəbər verir ki, deputat “Ölkə.Az”a açıqlamasında bu addımı təqdir edib:

“Əslində, həmin saytlar çoxdan bloklanmalı idi. Mən hər zaman deyirəm ki, biz Avropaya inteqrasiya ediriksə, Avropanın yaxşı tərəflərini özümüzə nümunə götürməliyik. Əvvəllər bağlı idi, heç kəs Avropanın pis cəhətlərini görə bilmirdi. Ancaq indi azadlıqdır, internet əsridir, hər kəs internetə daxil olub nə istəsə, ona baxa bilir. Biz Avropanın yaxşı cəhətlərini götürməliyik. Daha bu cür pis məqamları deyil. Nə olsun ki, Avropaya inteqrasiya edirik. Avropanın bütün cəhətlərini özümüzə götürə bilmərik!”.

R.Əliyev qeyd edib ki, sözügedən porno saytlar Azərbaycana xas olmayan cəhətləri ölkəmizdə yaya bilir:

“Həmin saytlara girişin Azərbaycanda bağlanılmasını tam dəstəkləyirəm. Bu çox doğru addımdır”.

Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən hərbiçiləri şantaj edən və “reket jurnalist” fəaliyyətilə məşğul olan dəstə üzvlərinin həbsi məsələsinə də toxunan deputat bildirib ki, bu cür saytları da dərhal bağlamaq lazımdır:

“Həmin şəxslər jurnalistlərin də adını ləkələyirlər. Onlar da saytlarda insanları şantaj edirdilər və sairə. Hesab edirəm ki, bu cür adamlara qarşı mübarizəni daha sərt aparmaq laızmdır ki, onlar cəmiyyətimizdən birdəfəlik yox olsunlar. Ümumiyyətlə, pis-pis saytların hamısını bağlamaq lazımdır. İnsanları maarifləndirən saytlar olmalıdır. Mən dəfələrlə demişəm ki, telekanallarda da maarifləndirici verilişlər olmalıdır. Təbii ki, bunlar olmayanda cavanlar da pis-pis şeylərə baxırlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 284 16.08.18 18:32