"Heç bir yerə qəbul olmadığını deyən deyən abituriyent topladığı balı "Photoshop" proqramı vasitəsilə düzəldərək, Kamran Əsədova göndərib".
Median.Az xəbər verir ki, bu barədə Qaynarinfo-ya DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. O, abituriyentin topladığı balın daha az olduğunu bildirib:
"Abituriyentin topladığı bal, seçdiyi ixtisaslara keçid balından az olduğu üçün ali məktəbə daxil ola bilməyib. Abituriyentin nəticələri ilə bağlı məxfilik qorunduğundan özünün razılığı olmadan nə qədər bal topladığını açıqlaya bilmərik".
Azərbaycanda Əsgəri İbrahim Əli oğlu adlı abituriyent qəbul imtahanında 596 bal yığmasına və seçdiyi ixtisasların bir çoxuna tələb olunan keçid balını keçsə də heç bir yerə qəbul ola bilməyib.