2018-ci ilin birinci yarısında boşananların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah qeydə alınıb.
Qeyd olunan dövrdə qeydiyyat şöbələrində 7219 boşanma halı olub.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.