ABŞ-ın Türkiyəyə istiqamətli sanksiya qərarına bir reaksiya da Azərbaycandan gəldi.
Azərbaycanın paytaxtı Bakıda, ABŞ-ın Türkiyəyə qarşı etdiyi sanksiyalara etiraz edilib.
Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin önünə toplanıb. ABŞ-ın tətbiq etdiyi sanksiyaları lənətləyən kütlə, "Yaşasın Türkiyə, yaşasın Ərdoğan", "rədd olsun dollar" "Türkiyə-Azərbaycan" şüarları səsləndirib.
Türkiyənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dünyanın ən güclü dövlətlərindən birinə çevrildiyini vurğulayan aksiya iştirakçısı Məhərrəm İsmayılov bunları söyləyib: "Bu gün Türkiyənin yanında Azərbaycan, Pakistan, Qətər və orta Asiya ölkələri qardaş kimi dayanırlar. ABŞ, 15 İyul zərbəsini etmək istədi, edə bilmədi. İndi də maliyyə böhranı yaratmaq istəyirlər".
Azərbaycan xalqının ürəyinin hər zaman Türkiyə ilə birlikdə döyündüyünü bildirən İsmayılov sözlərinə belə davam edib: "Biz həqiqətən bir millət, iki dövlətik. Türkiyənin kədəri bizimdir. Türkiyənin yanında olmaq bizə qürur verir".
Daha sonra dəstək aksiyasının iştirakçıları üzərinə dollar həkk olunmuş kağızları yandıraraq etirazlarını nümayiş etdirib.//baku.ws