Daşkəsən rayonun müxtəlif ərazilərində təşkil olunan reyddə sürücülərin diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Median.Az ARB TV-ə istinadən xəbər verir ki, tədbirlər zamanı sürücülük hüququ olmadan avtomobil idarə edərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb.
Sürücü: "Yazma maşını dedim yekə kişisən. Ay kişi, sənə dedim yazma”
Eyni zamanda sərnişindaşıma və digər kobud qayda pozuntularına yol verən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.
"Təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.