Ermənistanda sosial şəbəkələrdə guya yerli bazarlarda satışa çıxarılan Azərbaycan qarpızları ilə bağlı geniş müzakirələr gedir.
Median.Az xəbər verir ki, KİV-də son günlər erməni bazarlarında Azərbaycanda becərilmiş qarpızların böyük partiyasının satışa çıxarılması barədə xəbər yayılıb.
Bununla əlaqədar Ermənistanın ərzaq təhlükəsizliyi ilə məşğul müfəttişliyi Azərbaycan qarpızlarının bu ölkə ərazisinə gətirilmədiyi barədə bəyanat da verməli olub.
Məlumatda qeyd olunub ki, cari ilin iyul-avqust aylarında Ermənistana qarpız yalnız Gürcüstan və Rusiyadan gətirilib.
Qeyd edək ki, əvvəllər Ermənistan mətbuatı Azərbaycan qarpızlarının bu ölkəyə Gürcüstan vasitəsilə gətirildiyini yazırdı.