Gürcüstanda şok olay: qəzaya düşmüş azərbaycanlıların pasportları alınıb, ac-susuz saxlanılırlar – Fotolar » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |    

Gürcüstanda şok olay: qəzaya düşmüş azərbaycanlıların pasportları alınıb, ac-susuz saxlanılırlar – Fotolar

Avqustun 11-də Tiflisdə azərbaycanlıların da olduğu mikroavtobus qəzaya uğrayıb. Nəticədə mikroavtobusdakı iki Gürcüstan, aralarında azyaşlı uşaq da olmaqla 5 Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb.

Bu barədə musavat.com-a qəzada xəsarət almış vətəndaşlarımızdan biri, 49 yaşlı Dürdanə Eminbəyli məlumat verib.

Onun sözlərinə görə, xəsarət alan azərbaycanlı vətəndaşların pasportları hər hansı bir izahat verilmədən polis tərəfindən alınıb, özləri isə artıq iki gündür ki, Tiflis xəstəxanasında heç bir yardım almadan ac-susuz, yaralı vəziyyətdə qalıblar: “Mən, Eminbəyli Dürdanə İkram qızı, 16-18 yaşlı qızlarım Radiyə və Səadət Cəfərovalar, 65 yaşlı bibimqızım Kəmalə Əliyeva və onun az yaşlı oğlu Vüsal Quliyev Türkiyəyə istirahətə getmişdik. Avqustun 11-də, təxminən gecə saat 11 radələrində Türkiyənin Sarp gömrüyündən keçib, Tiflisə gedərkən yolda qəzaya uğradıq. Belə ki, arxadan gələn avtomobil bizim mikroavtobusa çırpıldı. Nəticədə mikroavtobus 3 dəfə aşdı və biz ağır xəsarətlər aldıq. Bizimlə bərabər 2 Gürcüstan vətəndaşı da xəsarət aldı. Lakin ən ağır xəsarətləri mən aldım. Belə ki, mənim dizim qırılıb, vətərlərim qopub, barmaqlarımın hamısı qırılıb. Qızım Radiyənin dirsəkdən yuxarı qolu qırılıb, mikroavtobusun şüşələri üz-gözünü kəsib. Digərlərinin vəziyyəti haqqında mənə hələ ki, məlumat verilməyib. Ümumiyyətlə, bir-birimizlə əlaqə saxlamağa icazə verilmir. Pasportlarımız polis tərəfindən alınıb, bizə geri qaytarılmır. Artıq iki gündür ki, burada xəstəxanadayıq, lakin bizə nə yemək-su verən, nə də yardım edən, yaxınlaşan tapılmır. Qızım Radiyə bir tikə çörək üçün acından zarıyır. İlkin tibbi yardım kimi sadəcə yaralarımız sarınıb, müalicə üçün isə bizdən 6 min lari, təxminən 3 min manat pul istəyirlər. Buna isə imkanımız yoxdur ”.

Şikayətçinin sözlərinə görə, vəziyyət ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etsələr də, bir nəticəsi olmayıb: “Səfirlikdən gəlib, vəziyyətimizi gördülər. Lakin bildirdilər ki, “öz hesabınıza məsələni həll edin, sizə yardım etmək imkanımız yoxdur”.

Pasportlarımızı özümüzə versələr, birtəhər sürünə-sürünə ölkəmizə gəlib çatarıq. Aidiyyəti qurumlardan xahiş edirəm, bu məsələdə bizə köməklik etsinlər. Yad ölkədə azyaşlı, yeniyetmə uşaqlarla birgə çıxılmaz vəziyyətdə qalmışıq”.

Məsələ ilə bağlı musavat.com-un əməkdaşı kimi bir neçə dəfə Azərbaycanın Gürcüstandakı səfirliyi ilə əlaqə yaratmağa çalışdıq. Lakin telefon zənglərimiz cavabsız qaldı.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 069 13.08.18 17:07