Median.Az xəbər verir ki, ötən gün Şabran şəhərində yaşayan Vüsal Hacıyev, həyətinə daxil olmuş şəhər sakini Ruslan Hacıyevlə rastlaşıb və münaqişə zəminində bıçaqla zərbələr vuraraq, onu qətlə yetirib. Hadisədən sonra Hacıyev könüllü rayon polis şöbəsinə (RPŞ) gələrək, təslim olub.
Şabran rayon prokurorluğunda faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.