Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb.
Azxeber.com-a hadisə şahidlərinin göndərdiləri görüntülərdə, orta yaşlı vətəndaş yarıçılpaq halda binanın qəbul şöbəsinin yerləşdiyi korpusuna çıxıb və oradan özünü aşağı atacağını bildirib. Hadisə yerinə FHN-nin xilasedicilərin və çoxlu sayda polis əməkdaşları cəlb edilib.
Hadisə ilə bağlı daha geniş məlumat əldə etmək imkanımız oldu. Belə ki, hadisə məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna girməsindən sonra baş verib. Natiq Hüseynov sədrin qəbulundan çıxandan sonra binanın sonuncu mərtəbəsinə çıxıb və pəncərənin şüşəsini qıraraq qollarını doğrayıb.
Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat katibib sözlərinə görə, hazırda o sədrin yenidən yanındadır və danışıqlar davam etdirilir.