Xaçmaz şəhər sakini 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının doğuş zamanı körpəsi ölüb.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə körpənin cinsiyyəti qız olub.
Doğum şöbəsindən bildirilib ki, uşaq 2 kilo 300 qram çəkidə olub.
Hazırda hadisə yerində tibbi ekspertiza gedir, uşağın ölüm səbəbini onların rəyindən sonra demək mümkün olacaq.