Lerikdə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 04:30-də Yardımlı stansiyasından 25 km cənub-şərqdə, Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Qeyd edək ki, ötən gün İsmayıllı rayonu ərazisində 4 bal gücündə zəlzələ olmuşdu.