İsmayıllıda hamını heyrətə gətirən müəmmalı hadisənin səbəbi bilindi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |    

İsmayıllıda hamını heyrətə gətirən müəmmalı hadisənin səbəbi bilindi

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.

B.Şahalıyevin sözlərinə görə, götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb: "Laboratoriyada analizlərin cavabları bu gün məlum olub. Müayinələrin cavablarına görə, həmin heyvanlarda xəstəlik yoxdur. Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb".

Xatırladaq ki, İsmayıllı rayonunun Girk kəndində 17 iribuynuzlu heyvanın süd vəzilərinin ön məmələri naməlum şəraitdə qoparılmışdı. Heyvan sahibləri məsələ ilə bağlı İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət edərək həmin heyvanların müayinə olunması və faktın hansı şəraitdə baş verməsinin səbəblərinin araşdırılmasını istəmişdi. İsmayıllı rayon Baytarlıq İdarəsi isə vəziyyəti araşdıraraq həmin heyvanlardan nümunələr götürüb Respublika Baytarlıq Laboratoriyasına göndərmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 837 10.08.18 17:08