Azərbaycanda utancverici hadisə baş verib. Jurnalist Anar Gəraylı hamilə həyat yoldaşı Pərvanə Qurbanlını döyərək xəstəxanalıq edib.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 10 gündür fəaliyyətini dayandıran Lent.az saytının redaktoru küçənin ortasında xanımına ağır zərbələr endirib.
Pərvanə aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Ona beyin silkələnməsi diaqnozu qoyulub.
Tanışlarının sözlərinə görə, 5 ay əvvəl ailə quran Anar Gəraylı xanımı Pərvanə Qurbanlıya mütəmadi olaraq zorakılıq tətbiq edib.
Jurnalistin bu hərəkəti sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.
Anar Gəraylı Lent.az saytının redaktoru olmaqla yanaşı, Ailem.az layihəsinin rəhbəri idi.
Anar Gəraylı ilə Pərvanə Qurbanlının bu ilin aprel ayında baş tutan toyundan xoşbəxt görüntüləri təqdim edirik:
Etiraz dolu statusların bir qismini təqdim edirik:
//baku.ws