Azərbaycanda körpələrə “Topuq testi” tətbiq olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |    

Azərbaycanda körpələrə “Topuq testi” tətbiq olunacaq

Dünya səhiyyə sistemində tətbiq edilən “Topuq testi” Azərbaycanda tətbiq olunacaq.

Bunu oxu.az-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib.

Onun sözlərinə görə, yeni doğulan uşaqdan götürüləcək “Topuq testi” üçün avanadlıqlar alınıb:

“Bu, xüsusi skrin proqramdır. Onun tətbiqi üçün müəyyən avadanlıqların olması zəruridir. Artıq həmin avadanlıqlar ölkəyə gətirilib. Bir və bir il yarıma kimi həmin layihə Azərbaycanda tətbiq edilməyə başlanacaq.

Layihə əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək. İlk növbədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq.

Dünya tibb sistemində olan “Topuq testi”nin 2014-2020-ci illəri əhatə edən dövlət proqramına salınması üçün səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən təlimat verilib. Həmin test dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək”.

Baş pediatr bildirib ki, “Topuq testi” çox maliyyə tələb edir:

“Bu test vasitəsilə bir sıra anadangəlmə irsi xəstəliklərin yeni doğulmuş körpələrdə erkən diaqnostikasına nail olacağıq. Uşaqların orqanizmində metobolik xəstəliklərin törətdiyi zəhərlənmələr baş vermədən tədbir görüləcək.

Bu test metabolik xəstəliklərə yol açan bəzi hormon və ferment əskikliklərini zamanında ortaya çıxarmağa kömək edəcək. Uşaq doğulandan ilk sutka ərzində götürmək olar. Yenidoğulanlarda xəstəliklərin qarşısını almaq üçün effektli analizdir”.

Qeyd edək ki, dünya səhiyyə sistemində “Topuq testi” və ya “tarama testi” adlanan bu test metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün olan rutin testdir. Bu test bir çox ölkələrdə tətbiq olunur. Testlərin nəticəsinə görə xəstəliklərin qarşısı alınır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 332 10.08.18 12:29