21 günün gəlini olan 18 yaşlı Lökbatan sakini Səma Qafarova yaşadığı evdən yoxa çıxıb.
Median.Az xəbər verir ki, bu barədə Səmanın anası Zeynəb Qafarova “Xəzər” TV-yə müraciət edərək məlumat verib.
Anası bildirib ki, Səmadan 6 avqust tarixindən xəbər yoxdur. O, iyul ayının 15-də Səmanın öz istəyilə xalası oğlu ilə evlənib. Aralarında isə heç bir narazılıq olmayıb.
“O, heç yeri tanımır. Evdən bayıra çıxmırdı. Özünəqapalıdır. Ola bilər, azıb, yaxud kimsə başını aldadıb harasa aparıb. Tək qalanda qorxurdu”, - deyə Zeynəb Qafarova bildirib.
Qeyd edək ki, Qaradağ Rayon Polis İdarəsi məsələ ilə bağlı araşdırma aparır.