Baş baytar Azərbaycanda görünməmiş qəddarlıqdan danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |    

Baş baytar Azərbaycanda görünməmiş qəddarlıqdan danışdı

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.

Median.Az
trend-ə istinadən xəbər verir ki, İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev artıq həmin ərazinin ciddi nəzarət olunduğunu deyib:

"Girk kəndində iribuynuzlu heyvanların döşlərinin kəsilməsi barədə məlumat daxil olub. Dərhal əraziyə baxış keçirilib və zədələnmiş heyvanlardan qan analizləri götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yaxın günlərdə müayinələrin cavabları məlum olacaq. Hazırda ərazidə vəziyyət sabitdir. 2-3 gündən bir bu cür hadisələr baş verir. Ümumilikdə 17 iribuynuzlu heyvanda bu cür hal aşkar edilib. Ərazidə dezinfeksiya işləri aparılıb".

B.Şahalıyev deyib ki, bu prosesdə nə xəstəlikdən, nə də insan faktorundan söhbət gedə bilməz: "Bu vəhşi heyvanların iribuynuzlu heyvanlara hücumu ola bilər. Heyvanlar çöl şəraitində otlayarkən, yatarkən döş nahiyələri yırtıcı heyvanlar tərəfindən qoparılıb. Hadisə yerində qan izləri də aşkarlanıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 727 09.08.18 18:35