Yasamalda bir qrup sakin yolu bağlayıb.
Hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, bu gün saat 15:00-dan etibarən sakinlər Şərifzadə küçəsində yolu bağlayıblar.
Sakinlərin hansı səbəbdən yolu bağladığı məlum deyil.
Qeyd edək ki, yolun bağlanması nəticəsində həmin küçədə tıxac yaranıb.