Azərbaycanda marixuana leqallaşdırıla bilərmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycanda marixuana leqallaşdırıla bilərmi?

Dünyada marixuananın tam leqallaşdırıldığı az ölkə var. Bunlar Uruqvay, ABŞ (25 ştatında) və Kanadadır. Bu ölkələr marixuananın istifadəsi, satışı, alışı və saxlanılmasına icazə verib.

Bəzi ölkələr marixuananı qismən leqallaşdırıb.

Bu mövzuda ən məşhur ölkə olan Hollandiyada marixuana qismən leqallaşdırılıb.

Şimali Koreya, Çexiya, ABŞ-ın qalan ştatları, İspaniya, Portuqaliya və Avstriyada marixuananın dövriyyəsində məhdudiyyətlər tətbiq olunur.

Marixuananın tibbi istifadəsi Xorvatiya, İsrail, Polşa və Yunanıstanda mümkündür.

Bu ölkələrə dünən Gürcüstan da qoşulub. Demək olar ki, bütün saytlar “Gürcüstanda narkotiklərə icazə verildi”, “Gürcüstanda marixuana leqallaşdırıldı” başlıqlı yazılar dərc etdi.

Əgər saytlara inansaq, Gürcüstanda marixuana üçüncü dəfədir (2016, 2017 və 2018 illərdə) “leqallaşdırılır”.

Əslində, Gürcüstanda dünən Konstitusiya Məhkəməsi narkotik istifadəsinə görə məsuliyyətləri ləğv etmək qərarına gəlib. Baxın, yalnız istifadəsinə görə... Almaq, satmaq, becərmək Gürcüstan qanunları ilə qadağandır.

Bu məsələnin Azərbaycanda sosial şəbəkələrdə böyük rezonans doğurduğunu nəzərə alaraq, müxbirimiz Milli Məclisin deputatı Gövhər Baxşəliyevaya müraciət edib.

Onun sözlərinə görə, marixuananın istifadəsini ondan iqtisadi qazanc və çoxlu sayda turist axını əldə etmək istəyən ölkələr leqallaşdırır.

“Şəxsən mən bunu Azərbaycan üçün arzuolunmaz hesab edirəm. Marixuana narkotikdir. Narkotiklər isə ailələrin dağılması, cinayət və xəstəlikdir. Azərbaycanın narkotiklərin qanuniləşdirilməsi ilə turistlərin cəlb edilməsinə ehtiyacı yoxdur”, - deputat deyib.

Baxşəliyeva əlavə edib ki, onsuz da Azərbaycan narkotiklərin tranzit ölkəsi olduğu üçün bizdə bununla bağlı kifayət qədər problemlər var.

“Biz buna icazə verməməliyik və bununla mübarizə aparmalıyıq”, - deputat əlavə edib.

Xatırladaq ki, parlamentin deputatı Qüdrət Həsənquliyev ölkədə yüngül narkotiklərin istifadəsini, xüsusilə marixuananın leqallaşdırılmasını təklif edib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 289 31.07.18 16:16