Deputatlar: Tarif Şurasının son qərarı qaçılmaz idi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Deputatlar: Tarif Şurasının son qərarı qaçılmaz idi

Tarif Şurasının son qərarı cəmiyyətin müəyyən, yəni, maddi cəhətdən bir qədər imkansız təbəqəsindən olan insanlar tərəfindən müsbət qarşılanmasa da, müəyyən etirazlar doğursa da, bu, qaçılmaz idi.

O insanları da anlayıram, onları anlayışla qarşılamaq lazımdır, amma Tarif Şurasını, onun verdiyi qərarı da bir qədər emosiyasız, soyuq başla, soyuq məntiqlə qəbul etmək gərəkdir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili qeyd edib ki, uzun müddət idi ki, xüsusilə metro və avtobuslarda gediş haqqı dəyişməz qalırdı və bu, əslində, belə də olmalı idi:

“Amma həyat, dövr dəyişdiyi, inkişaf ona uyğun adekvat addımlar atılmasını tələb etdiyi kimi, metroda və marşrut avtobuslarında da qiymət, tarif dəyişikliyinə ehtiyac hiss olunurdu. Yəni, uzun müddət bunu saxlamaq həm mümkün, həm də düzgün deyildi.

Yenə deyirəm, bu məsələyə etiraz edən insanları da başa düşürəm, anlayıram, bu, onların ailə büdcəsinə müəyyən qədər təsir edəcək, onlara itkisiz başa gəlməyəcək, amma dövləti, dövlət qurumlarını da bu məsələdə hay-küysüz, emosiyasız anlamaq vacibdir.

Hər bir məsələni dövlətin üzərinə, çiyninə atmaq olmaz. Eyni zamanda, həmin gediş haqlarından yığılan pullar, belə demək mümkünsə, yenə dövlətin büdcəsinə, oradan isə ölkənin inkişafına, insanların maddi-rifah halının yaxşlaşdırılmasına yönələcək, yönəldiləcək.

Odur ki, bu məsələdə Tarif Şurasını qınamaq, ittiham etmək cəhdlərindən uzağam və bu cəhddə olan insanları hər bir məsələyə realistcəsinə, praqmatikcəsinə və səbirli şəkildə yanaşmağa dəvət edirəm”.

Bu yerdə Azərbaycanı digər MDB dövlətləri və bəzi qonuşu ölkələrlə müqayisə edən millət vəkili bildirib ki, əslində, ölkəmizdə nəqliyyat sektorundakı qiymətlər həmin ölkələrlə müyayisədə daha aşağıdır:

“Məsələn, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Bu siyahını bir az da artırmaq, uzatmaq olar. Ancaq elə bilirəm ki, buna bir o qədər də ehtiyac yoxdur. Görünən kəndə nə bələdçi?! Yəni, deməkdə məqsədim odur ki, insanlarımız bilsinlər ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olub, onun qayğısına qalıb, onu incidəcək, rəncidə edəcək addımlar atmayıb. Tarif Şurasının qərarında da məsələyə məhz belə yanaşılıb, başqa məqsəd güdülməyib”.

Sabiq millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə mətbuata açıqlamasında Tarif Şurasının son addımının anlaşılan və başadüşülən olduğunu bildirib.

O xatırladıb ki, ölkəmizin əldə etdiyi uğurlar bu gün beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapır:

“Standard & Poor’s” reytinq agentliyinin hesabatında qeyd olunur ki, növbəti üç ildə iqtisadiyyatımız 3 faiz artacaq. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqi ilə bağlı açıqladığı rəqəmlər də ölkəmizin bu sahədəki müsbət göstəricilərindən xəbər verir.

Belə ki, orta aylıq əməkhaqqı Azərbaycanda 306,7 dollar, Moldovada 308,4 dollar, Ukraynada 272,9 dollar təşkil edir. Təbii ki, bütün bunlarla yanaşı, ölkəmizdə həyata keçirilən islahatlar, görülən tədbirlər uğurlu iqtisadi siyasətin mühüm tərkib hissəsidir”.

V. Rəhimzadənin qeyd etdiyinə görə, Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək:

“Nəzərə almaq lazımdır ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda metro və ictimai nəqliyyatda gediş haqqının qiyməti çox aşağıdır. Son olaraq 2007-ci ildə sərnişindaşımada, 2011-ci ildə isə metroda xidmətin tarifi təsdiq edilib. Ötən bu illər ərzində isə hər iki sahədə böyük yenidənqurma işləri aparılıb, xidmətin keyfiyyəti müasir standartlar səviyyəsinə qaldırılıb”.

Millət vəkili Kamilə Əliyeva da Tarif Şurasının qərarının qaçılmaz olduğunu vurğulayıb. Bildirib ki, gec-tez belə bir addıma gediləcəkdi:

“Metroda və marşrut avtobuslarında qiymətlərin artırılacağı gözlənilən idi. Çünki xeyli vaxtı idi ki, bu barədə söhbətlər dolaşırdı, mediada vaxtaşırı bu yöndə məlumatlar yer alırdı. Yəni, bu yeni, sürpriz bir məsələ deyildi. Belə bir addıma gec-tez gediləcəkdi və gedildi də.

Bu məsələyə etirazla yanaşan insanları anlamaq şərtilə, bu qərarı verənlərə anlayışla yanaşıram və hesab edirəm ki, hər şey yoluna düşəcək, insanlarımız dövlətimiz tərəfindən hər zaman olduğu kimi, bundan sonra qayğı, diqqətlə əhatə olunacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 465 31.07.18 16:14