Sabirabadda faciəli hadisə baş verib.
Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qaragüney kəndində təşkil olunmuş xınayaxdı mərasiminə qatılmış qonaqlardan biri - Arif Kərim oğlu Fətişov qəflətən sönmüş elektrik lampasını yandırmaq istəyərkən cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.