Bakıda daha bir uşaq dayəsi tərəfindən döyülüb.
Median.Az AzNews.az-a istinadən xəbər verir ki, İradə Quliyeva 6 yaşlı nəvəsi Aydın Quliyevin döyülməsində dayəsi, Bakının Bilgəh qəsəbə sakini Sürəyya Məmmədovanı ittiham edib:
“Gəlinim işlədiyindən bir ildir ki, uşaqlara dayə tutmuşuq. Dayə 3 uşağa baxır. Sürəyya evə gələndən uşaqları incidir. Onun bu hərəkətini mənimlə yanaşı uşaqların anası da görür. Biz ona məsələdən xəbardar olduğumuzu və uşaqlarla rəftarını deyəndə boynuna almır, deyir tərbiyə verirəm. Bu gün böyük uşağı saçından tutub, sürüyə-sürüyə mənim evimdən aparıb”.
İradə Quliyeva qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” ximətinə məlumat verib: “Ərizə yazdıq, uşaq Sabunçu xəstəxanasında ekspertizadan keçirildi”.