Dövlət Miqrasiya Xidməti tərəfindən 74 əcnəbi inzibati məsuliyyətə cəlb edilib.
DMX-dan verilən məlumata görə, iyulun 25-dən 28-nə kimi qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 22-si Gürcüstan, 13-ü Pakistan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova vətəndaş olmaqla ümumilikdə 74 əcnəbi saxlanılıb.
Saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından çıxarılmasına istiqamətində tədbirlər görülür.