Median.Az xəbər verir ki, Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Qırlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,5 tona yaxın 4800 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Şəki ŞPRŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Çapağan kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 9 tondan artıq 37.032 ədəd, Qax RPŞ-nin əməkdaşları tərəfindən Qıpçaq Kötüklü kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın 2188 ədəd çətənə kolu aşkar edilib.
Narkotik bitkiləri məhv edilib.