Vlad Maqa: Qarabağda deyirlər ki, türklər adam deyil » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Vlad Maqa: Qarabağda deyirlər ki, türklər adam deyil

Bədnam tanınmış bloqer Vlad Maqa qorxuları və Dağlıq Qarabağa qanunsuz səfərindən danışıb.

Bloqer Ermənistanın “Shant” telekanalının jurnalisti ilə söhbətində erməni və əsl soyadının Movsesyan olduğunu etiraf edib.

Belə çıxır ki, əgər əvvəllər KİV onu “erməni əsillu belaruslu bloqer” adlandırırdısa, indi onu cəsarətli formada “erməni” adlandırmaq olar.

Movsesyan deyib ki, bir müddət əvvəl Minskdən qaçıb.

“Üç nəfər azərbaycanlı məni hər yerdə axtarırdı. Öz ailəmə görə qorxurdum. Mənə zəng gəldi. Telefondakı səs dedi ki, əgər Azərbaycana ekstradisiya olunmaq istəmirəmsə, Ermənistana qaçmalıyam. Belə də etdim. İndi Yerevandayam. Burada məni dəstəkləyirlər və çox rahatam”, - erməni bloqer bildirib.

Verilişin aparıcısı Vlada sual verib:

“Bilirsiniz ki, Dağlıq Qarabağa getməklə qanunu pozmusunuz? Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına düşə bilərsiniz və onlar bununla bağlı cinayət işi aça bilərlər”.

Bloqer deyib:

“Bəli, bundan xəbərim var. Bu səbəbdən mən qeyri-müəyyən müddətə qədər Ermənistanda qalacağam”.

Qarabağa qanunsuz səfəri ilə bağlı danışan bloqer daim və məqsədyönlü şəkildə Dağlıq Qarabağı “Artsax” adlandırır və bir necə vacib məqamə dilə gətirir:

“Gəncədə çəkilişlərdən sonra Gürcüstana getdim, oradan isə Ermənistana keçdim. Ermənistandan çox asanlıqla Dağlıq Qarabağa gəldim. Orada lazım olanları lentə aldım: insanlarla danışdım, gözəl təbiətlə tanış oldum. Orada bir ifadə eşitdim: “Türklər adam deyil”. Bu bölgədə azərbaycanlıları “türk” adlandırırlar. Bunu eşidəndə heç bir reaksiya vermədim”.

Movsesyan əlavə edib ki, Qarabağa səfər videoçarxının hazırlanması son mərhələdədir:

“Düşünürəm ki, süjet bu həftə ərzində “Youtube”da yayımlanacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 301 27.07.18 12:54