Dünyanın tanınmış robotu olan Sofiya oktyabrın 27-28-də Bakıda keçirilməsi planlaşdırılan “Global Influencer Day” tədbirində iştirak edəcək.
Tədbir “Keepface DMCC” və “FA International Trade Events” şirkətlərinin əməkdaşlığı və dəstəyi ilə keçiriləcək.
“Hanson Robotics” şirkəti tərəfindən süni intellekt əsasında yaradılan Sofiya yumor hissinə, müəyyən məsələlərə cavab vermək bacarığına və əvvəlcədən müəyyən mövzular üzrə sadə söhbətlər aparmaq qabiliyyətinə malikdir.
İnsanları tanımaq və görüntülü əlaqələr qurmaq üçün Sofiya kamera və proqram sistemi ilə təmin olunub. Bundan başqa, Sofiya Səudiyyə Ərəbistanı vətəndaşlığını qazanıb.
Tədbirdə həmçinin, dünya şöhrətli “Google”, “Microsoft”, “Forbes” və “Instagram” kimi şirkətlərin nümayəndələri iştirak edəcək.