Dövlət İmtahan Məktəbi tərəfindən keçirilmiş II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub.
Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, iki cavabı olan suallardan biri 91 saylı test tapşırığıdır:
“Testin A və C bəndlərinin hər ikisi doğru cavabdır. DİM-in mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir. Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.//oxu.az