Hövsanda çirkab suları birbaşa dənizə axıdılır.
Bu barədə oxu.az-a ərazidə yaşayan vətəndaşlar şikayət məktubu göndərib.
Vətəndaş İlqar İsmayılov bildirib ki, artıq bir ildir ki, yaşayış olmayan şəxsi torpağının ərazisində yerin altından keçən çirkab su kollektoru problemlidir:
“Uzunluğu 100, diameti 2,5 metr olan kollektor xətti oğurlanıb. Çirkab suları birbaşa dənizə axıdılır”.
Vətəndaş qeyd edib ki, məsələ barədə aidiyyəti orqanlara müraciət etsə də, faydası olmayıb.