Kolleclərə ixtisas seçimi başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Bakıda "Formula-1"ə görə bağlanan bütün yollar açıldı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:33 KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək  |     22:16 Britaniyalı supermodel: Bakı səfərim əla keçdi  |     22:07 ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq etdi  |     21:55 Azərbaycan Rusiyaya nota verdi  |     21:45 İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı - VİDEO  |     21:38 Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilində məktəbə velosipedlə gediblər  |     21:27 Moldovada Prezident Sandu canlı efirdə olarkən zəlzələ baş verib - VİDEO  |     21:13 Bu bürclərin atdığı hər addım şansla dolu olacaq  |     21:05 Qaynar çay içənlərə XƏBƏRDARLIQ: Dil xərçənginə səbəb olur  |     20:43 Gürcüstan - Rusiya sərhədi bağlanacaq  |     20:24 Ağdamda 18 yaşlı oğlan HƏMYAŞIDINI BIÇAQLADI  |     20:00 Rumıniyada zəlzələ baş verdi  |     19:13 Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək  |     18:51 "Milan"ın ulduzu dörd ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq  |     17:58 Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman  |     17:13 Bəzi rayonlarda hava qeyri-sabit keçəcək, temperatur 3-6 dərəcə aşağı enəcək  |     16:41 Azərbaycan Tibb elminə ağır itki üz verib  |    

Kolleclərə ixtisas seçimi başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçiminə başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir.

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2018/2019-cu tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

Xatırladaq ki, məktəbi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün mart ayında aparılan qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 6-dək aktiv olacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.

Qeyd edək ki, abituriyentlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri"nə müraciət edə bilərlər. "Məsləhət mərkəzləri" haqqında ətraflı məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz: http://dim.gov.az/news/1922/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 147 25.07.18 14:02