Temperatur yenidən yüksəlir - Meteohəssas insanlara xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Temperatur yenidən yüksəlir - Meteohəssas insanlara xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacaq.

Abşeron çimərliklərində iyulun 26-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda bəzi saatlarda rütubətin normadan bir qədər yüksək olacağı gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 600 25.07.18 13:14