"Space TV"-nin əməkdaşı dələduzluq edib ölkədən qaçdı - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

"Space TV"-nin əməkdaşı dələduzluq edib ölkədən qaçdı - FOTOLAR

"Space TV"-nin sabiq əməkdaşı dələduzluqla bağlı axtarışa verilib.

Axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar "Xəzər TV"-nin əməkdaşı olub, "Space TV"-də yayımlanan "İşimiz var", indi isə "Yerimdəyəm" və "Praym şok" verilişlərinin layihə rəhbəri idi. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, işə düzəldəcəyini söz verib, lakin sözünə əməl etməyib. 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən "Space TV"-yə işə düzəltmək adı ilə pul alıb. Kanalın proqram müdiri olan Tamara xanımla birlikdə iş birliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alblar, lakin sözlərinə əməl etməyiblər. Zərərçəkənlər pullarını geri istədikdə isə "bu gün, sabah verərəm" deyərək vaxtı uzadıblar. Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon kreditə götürüb. Hətta bir zamanlar "Space TV"-də yayımlanan "20lik realiti şou"-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satıb. 19.07.2018-ci il tarixində isə ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı ehtimal olunur. Təxmini hesablamalara görə, 500000 AZN-dən çox pul mənimsəyərək qaçıb. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar.

Baku.ws saytı Məsələ ilə bağlı telekanalın məsul əməkdaşı ilə əlaqə saxlayıb. Telekanalın əməkdaş faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb.

"Space" telekanalının rəhbərliyi məsələ ilə bağlı açıqlama yayıb. Musavat.com-a verilən xəbərdə bildirilir: "Məlumat üçün bildiririk ki, əvvəlllər "Space" telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verlişlər istehsal etmiş, “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlamışdır. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o "Space" telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan respublikası qanununa uyğun olaraq həmən ərizələr "Space" telekanalıtərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Həmən ərizəni sizə təqdim edirik.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 295 24.07.18 16:28