Yəqin ki, Belarus pasportundan istifadə edərək, Azərbaycana səfər edən erməni əsilli bloqer Vlad Maqanın videosujetini (Movsesov – red.) xatırlayırsınız.
Bu erməni agentinin neçə dəfə Azərbaycan qanunlarını və beynəlxalq hüquq normalarını pozduğunu başa düşmək üçün çox fikirləşmək lazım deyil.
Ümumiyyətlə, əvvəlcədən məlum deyildi ki, o, getmək üçün nəyə görə Azərbaycan üçün strateji cəhətdən vacib olan yerləri seçib: İranla sərhəddə olan və talışların çox yaşadığı Azərbaycanın dağlıq kəndini və ya bir müddət əvvəl bədbəxt hadisənin baş verdiyi, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni.
Azərbaycana səfərindən sonra onun Dağlıq Qarabağa getməsi bu məsələlərə nöqtə qoydu.
İndi, şərh və rəylərdən sonra bu erməni bloqer, deyəsən, öz səhvini başa düşüb və videomüraciət yayımlayıb. O, müraciətində səfərinin siyasi xarakter daşımadığını və dünyanı gəzməyi sevən sadə turist olduğunu deyib.
Bəli, heç kim tərəfindən tanınmayan bloqer bu yolla populyarlıq qazandı, ancaq buna dəyərdimi?
Azərbaycan və Ermənistan arasında münaqişənin yaşı onun yaşından çoxdur. Erməni övladı olan şəxs münaqişənin hər iki tərəf üçün ağrılı olması ilə bağlı necə qərəzsiz və obyektiv danışa bilər?
İndi o deyir ki, ona təzyiqlər göstərilirdi və bütün gücü ilə öz hərəkətlərinə haqq qazandırmaq istəyir. Hətta erməni kanalları da bloqerin hekayəsində sifariş xarakteri aşkar ediblər.
Əgər bütün bunlara bloqerin Lapşinlə isti münasibətlərini əlavə etsək, bütün mənzərə aydın olur...//oxu.az