Bakıda parkın zəbt edilməsinin QARŞISI ALINDI - Ərazinin hasarları sökülür (FOTO + VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Bakıda parkın zəbt edilməsinin QARŞISI ALINDI - Ərazinin hasarları sökülür (FOTO + VİDEO)

Bakıda - metronun "Dərnəgül" stansiyasının yaxınlığındakı yaşıllıq ərazinin hasarlanması barədə bir müddət öncə məlumat vermişdik.



Həmin ünvanda "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin bir hissəsi də hasarlanmış, dayanacaqlardan istifadə qeyri-mümkün olmuşdu.



Ərazi hasarlanandan qısa müddət sonra qazıntı işlərinə başlanılmış, yüzlərlə ağacın izi itirilmişdi.

Onu da bildirək ki, sözügedən ərazi paytaxt sakinlərinin istirahət yerlərindən biridir. Ərazi xüsusən axşam saatlarında sakit, küləkli, təmiz havalı olduğundan sakinlər burada gəzişir, bəziləri idman edir, velosiped sürür və s.



"Dərnəgül" stansiyasının yaxınlığındakı yaşıllıq ərazi hasarlanan zaman burada çoxmərtəbəli binanın tikiləcəyi barədə iddialar irəli sürülürdü.



Bugünlərdə həmin ərazidə yaşayan sakinlər Yeniavaz.com saytına şad xəbər veriblər. Belə ki, sözügedən yaşıllıq əraziyə çəkilmiş dəmir hasarlar sökülərək naməlum istiqamətə daşınıb.



Ərazinin qazılmış hissəsi torpaqla doldurularaq qırılmış ağacların yerində yeniləri əkilib.



Ehtimal olunur ki, məsələyə dövlət rəhbərliyi səviyyəsində müdaxilə olunub və sakinlərin istirahət etdikləri ərazidə yüzlərlə ağacın qırılaraq yerində obyekt tikilməsinin qarşısı alınıb.



Ərazinin digər hissəsində isə əvvəllər mövcud olan yaşıllığın yeri hələ də boş qalır. Ümid edək ki, həmin boş əraziyə də ağaclar əkiləcək...



Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mövqeyini öyrənib ətraflı məlumat verməyə çalışaq da, suallarımız cavabsız qalır.



Sözügedən ünvan Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovun vaxtında hasara alınmışdı.//yeniavaz.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 699 23.07.18 17:04