Median.Az xəbər verir ki, Lerik RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Hənifə kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2 ton olan 7856 ədəd çətənə kolunu aşkar ediblər.
Bundan başqa, Şuşa RPŞ-nin əməkdaşları tərəfindən Tərtər rayonunun Çaylı kəndi ərazisində yabanı halda bitmiş 1800 ədəd çətənə kolu aşkar edilib.
Narkotik bitkiləri yandırılaraq, məhv edilib.