Əli Hüseynli: Bir sıra qurumlar var ki, inkişafın gerisindədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Əli Hüseynli: Bir sıra qurumlar var ki, inkişafın gerisindədir

Vəkillər Kollegiyası son altı ay ərzində, rəhbər dəyişikliyindən sonra böyük inkişaf mərhələsi yaşayır.

Bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, vəkillik institutu hər zaman Azərbaycanda mövcud olub və məhkəmə-hüquq sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərib:

“Keçmiş rəhbərliyin dövründə də bu qurum öz fəaliyyətini dövlətçilik prinsipləri üzərində qurub, davam etdirib. Amma həyat, dövr, zaman sürətlə dəyişir, inkişaf edir. Hər bir inkişaf islahatlar tələb edir.

Elə qurumlar var ki, zamanın tələblərinə uyğun olaraq dəyişir, inkişaf edir, elə qurumlar da var ki, zamanın, inkişafın gerisində qalır.

Amma tam məsuliyyətlə demək olar ki, Vəkillər Kollegiyası son aylar göstərdiyi fəaliyyətlə islahatlar prosesini qabaqlayıb. Vəkillər Kollegiyası böyük inkişaf mərhələsindədir və bunu hər addımda hiss etmək mümkündür”.

Komitə sədri təxminən bir il öncə ölkədə vəkillik təsisatının gücləndirilməsi istiqamətində atılan bir addımı da xatırladıb:

“Bildiyiniz kimi, bir il öncə ölkədə nümayəndəlik institutu ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Yəni, həmin vaxt Ali Məhkəmənin sədrinin imzası ilə parlamentə qanun layihəsi daxil oldu, məhkəmə poseslərində nümayəndəlik funksiyasını yetirən şəxslərin səlahiyyətlərinin ləğv edilməsi istənildi.

O zaman bu məsələyə ciddi etiraz, parlamentin özündə belə opponentlik edənlər oldu. Ancaq biz o vaxt bunu haqlı tələb hesab etdik. Yəni, istər məhkəmə hakimiyyəti, istər icra hakimiyyəti olan Prezident Administrasiyası, istərsə də qanunvericilik hakimiyyəti olaraq bizlər bu məsələdə düzgün qərar verdik.

Bu məsələ özü də ölkədə vəkillik institutunun fəaliyyətinin gücləndirilməsi istiqmətində mühüm addım oldu. Yəni, həyat bizim o zaman haqlı olduğumuzu göstərdi”.

Komitə sədri gələcəkdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı növbəti tədbirlərin nəzərdə tutulduğunu da qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 050 20.07.18 12:19