Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.
O, 1970-ci ildə Bakı şəhərində anadan olub.
1987-ci ildə Bakı şəhəri 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.
1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.
Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.
1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.
Evli idi, üç övladı yadigar qalıb.