Qanunsuz şəkildə qondarma separatçı rejim tərəfindən saxlanılan və azadlıqdan məhrum edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülür. Hazırda Avropa Məhkəməsi ilə yazışmalar davam etdirilir, bütün sorğulara cavablar hazırlanaraq göndərilir.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
O bildirib ki, ölkə vətəndaşları, ictimaiyyət bilməlidir ki, D. Əsgərov və Ş. Quliyevin müdafiəsi ilə bağlı bütün işlər görülür:
“Mən ümid edirəm ki, beynəlxalq təşkilatlar da bu məsələyə xüsusi diqqət yetirəcək”./oxu.az